...

Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır

Siyasət Materials 9 Avqust 2025 12:52 (UTC +04:00)
Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaları alqışlayaraq, onları tarixi irəliləyiş kimi qiymətləndirib.

Trend xəbər verir ki, bu barədə XİN rəhbəri “X” səhifəsində yazıb.

Yazıda Veldkamp eyni zamanda, bu irəliləyişin təmin olunmasında ABŞ Prezidenti Donald Trampın vacib rol oynadığını vurğulayıb.

O, hər iki ölkəyə və ABŞ prezidentinə irəliləyiş üçün lazımı şərtlərin yaradılmasına görə təşəkkür edib və vurğulayıb ki, müəyyən çağırışların qalmasına rəğmən, sülh müqaviləsinin yaxın gələcəkdə bağlanması artıq mümkün görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti