...

Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb

Hadisə Materials 9 Avqust 2025 18:26 (UTC +04:00)
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb

Bakı. Trend:

Abşeron rayonu ərazisində yerləşən 3 evdən oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə DIN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, həmin evlərdən ümumilikdə 12 min manata yaxın pul və ümumi dəyəri 11 min manatdan çox olan qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 49 yaşlı M.Quliyev, 34 yaşlı F.Kamallı və 39 yaşlı F.Verdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti