Bakı. Trend:
ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu "Nvidia" texnologiya şirkətinə H20 çiplərini Çinə satmaq üçün lisenziya verib.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, lisenziyanın verilməsi ilə bağlı qərar çərşənbə günü "Nvidia"nın baş direktoru Censen Huanq ilə ABŞ prezidenti Donald Tramp arasında Oval Ofisdə keçirilən görüşdən sonra qəbul edilib.
Nvidia bu çip modelini xüsusi olaraq Çin bazarı üçün yaradıb ki, məhsullar ABŞ-ın o zamankı prezidenti Co Baydenin administrasiyası tərəfindən qoyulmuş çip ixracı məhdudiyyətlərinin meyarlarına cavab versin.