Bakı. Trend:
İranın qərbində yerləşən İlam vilayətinin İraqla sərhədi yaxınlığında Mehran rayonunda İraqa ziyarətə gedən ziyarətçilərə xidmət göstərmək üçün yolkənarında qurulan çadırda partlayış nəticəsində güclü yanğın baş verib.
Trend-in məlumatına görə, bunu İranın Mehran rayonu qubernatorunun müavini Ruhulla Əhmədian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qaz balonunun partlaması nəticəsində bir qadın ölüb.
Əhmədian bildirib ki, partlayış nəticəsində baş verən yanğın 6 avtomobilin yanmasına səbəb olub.
Rayon rəsmisi qeyd edib ki, hadisə Mehran sərhəd terminalından 15 dəqiqəlik məsafədə yol kənarında baş verib.