Bakı.Trend:
Yevlaxda avtomobil qəzası baş verib, bir nəfər həyatını itirib.
Trend xəbər verir ki, hadisə avqustun 8-də Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Tağıyev Nazim Əli oğlunun idarə etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Osmanov Asif Loğman oğlunun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “Honda” markalı avtomobildə olan sərnişin Xəlilova Xuraman Cəfərqulu qızı ölüb, digər 2 nəfər sərnişinlər Xəlilov Xalid Soltanməcid oğlu və Xəlilova İlahə Sehran qızı isə yaralı vəziyyətdə Mingəçevir ŞMX-na daxil olublar.
Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.