...

Bu ilin yeddi ayında əlillik alan şəxslərin sayı məlum olub

Cəmiyyət Materials 9 Avqust 2025 11:06 (UTC +04:00)
Bu ilin yeddi ayında əlillik alan şəxslərin sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 32,6 min şəxsə əlillik təyin edilib.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 14,5 min şəxsə ilkin, 18,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

"Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti