...

Rusiyanın 6 aeroportunda uçuşlar dayandırılıb

Dünya xəbərləri Materials 9 Avqust 2025 10:42 (UTC +04:00)
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın bir neçə aeroportunda təyyarələrin enişi və qalxışına məhdudiyyətlər qoyulub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artyom Korenyako açıqlayıb.

Onun sözlərinə görə, bu ölçülər Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Samara və Ulyanovsk şəhər hava limanlarına təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.

Qeyd edilir ki, bundan əvvəl Soçi aeroportunda PUA hücumları ilə əlaqədar uçuşlar dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti