Bakı. Trend:
Fransanın Milli Dəmir Yolları Şirkəti (SNCF) istilərə görə bu həftəsonu bir sıra şəhərlər arasındakı qatar reyslərini ləğv olunub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Fransada qarşıdakı günlərdə gözlənilən yüksək temperatur dəmir yolu nəqliyyatında da ciddi təsirlərə səbəb olub.
SNCF avqustun 11-dək ölkənin cənub və mərkəzi bölgələrində bir sıra şəhərlərarası qatarların (Bordo-Marsel, Paris-Limoj-Tuluza, Paris-Klermon-Ferran) hərəkətini müvəqqəti olaraq dayandıracağını elan edib.