...

Tərtərdə iki nəfər odlu silahla saxlanıldı

Hadisə Materials 25 Dekabr 2021 09:56 (UTC +04:00)
Tərtərdə iki nəfər odlu silahla saxlanıldı

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakinləri Q.Əliyev və F.Quliyevdən qanunsuz olaraq saxladıqları "İJ" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti