...

Xocavənddə baş verən yol qəzası ilə bağlı cinayət işi açıldı

Hadisə Materials 7 Fevral 2022 15:22 (UTC +04:00)
Xocavənddə baş verən yol qəzası ilə bağlı cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Ötən gün Xocavəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, faktla bağlı Xocavənd rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Qəza Xocavənd rayonu ərazisində baş verib.

Qəza nəticəsində 22 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti