...

Şabranda 21 yaşlı gənc qətl törətdi

Hadisə Materials 16 İyun 2022 09:30 (UTC +04:00)
Şabranda 21 yaşlı gənc qətl törətdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şabran sakini küçədə qətlə yetirilib.

Şabran Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyun 15-i saat 23 radələrində baş verib. 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti