...

Ağstafada kafe yanıb

Hadisə Materials 10 İyul 2022 17:39 (UTC +04:00)
Ağstafada kafe yanıb

Bakı. Trend:

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan mətbəxinin lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti