...

Lənkəranda ev yanıb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 9 Noyabr 2022 08:55 (UTC +04:00)
Lənkəranda ev yanıb, 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Lənkəranda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran şəhərinin Digah kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti