...

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs olundu (FOTO)

Hadisə Materials 22 Aprel 2024 08:40 (UTC +04:00)
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs olundu (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, lakin sürücü, Şirvan şəhər sakini Cavid Babayev tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədlərinin, eləcə də sürücülük hüququnun olmaması müəyyən edilib.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə C.Babayev 30 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti