...

Neftçaladakı qəzada yaralananların vəziyyəti açıqlandı

Hadisə Materials 24 Avqust 2024 14:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

23.08.2024-cü il tarixində, saat 22:00 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.

Bu Trend-in sorğusuna cavab olaraq TƏBİB-bən məlumat verilib.

Bildirilib ki, onlardan 1962-ci il təvəllüdlü şəxsə (qadın cinsli) travmatik subaraxnoidal qansızma,
dəqiqləşdirilməmiş kəllə və üz sümüyünün sınığı diaqnozu qoyulub:

"İlkin zəruri tibbi xidmətlər göstərildikdən sonra yaralı Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Yaralılardan digər 3 nəfərə - 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxsə fəqərələrin çoxsaylı sınığı, 1950-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qabırğaların çoxsaylı sınığı, 1959-cu il təvəllüdlü (qadın cinsli) şəxsə isə sol bud sümüyün sınığı diaqnozu qoyulub. Onlara ilkin zəruri tibbi yardım göstərildikdən sonra Salyan Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar".

Qeyd edək ki, Neftçala rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Bankə qəsəbəsi ərazisində qeydə alınan qəza zamanı xəsarət alanlar - İradə İbrahimova, Məhluqə İsayeva, Gülxəndə Axundova və Fərrux Lalayev Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti