...

Binəqədi rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 23 Oktyabr 2024 10:56 (UTC +04:00)
Binəqədi rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 ABŞ dolları, 900 manat dəyərində məişət və zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı B.Eminov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti