Bakı. Trend:
Gürcüstandakı parlament seçkiləri gərgin keçəcək.
Bunu Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, rəqabət, əsasən, "Gürcü Arzusu" ilə "Vahid Milli Hərəkat" arasında gedəcək. Lakin "Gürcü Arzusu"nun bu seçkilərdə şansı daha böyükdür.
"Burada Qərbin Gürcüstana müdaxilə cəhdləri, avrointeqrasiya cəhdlərinin işə salınması, ölkənin daxili işlərinə qarışmaq və seçkinin legitimliyini şübhə altına almaq cəhdləri çox böyükdür. Qərb Gürcüstandakı parlament seçkilərinə çoxdandır ki hazırlaşır.
Bu yaxınlarda Gürcüstanda meydanların dolması və Avropa İttifaqı ilə Gürcüstan bayrağının bir yerdə dalğalanması müəyyən işartrılardır ki, hansı formada bu işlər təzahür edəcək. Şübhəsiz ki, Qərb Gürcüstanı seçkiöncəsi və sonrası silkələmək və bunu bütünlüklə Cənubi Qafqaza yaymaq meyillərini güdür.
Gürcüstan Azərbaycan üçün önəmli bir qonşudur. Hazırkı hakimiyyətlə də Azərbaycanın çox isti münasibətləri var. Gürcüstanda sabitliyin, sülhün, təhlükəsizliyin qorunması Azərbaycanın maraqları çərçivəsindədir", - deyə o qeyd edib.