...

Azərbaycanda güzəştli kreditləşmə tamamilə elektron platforma vasitəsilə həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2024 12:51 (UTC +04:00)
Azərbaycanda güzəştli kreditləşmə tamamilə elektron platforma vasitəsilə həyata keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda güzəştli kreditləşmə mexanizminin tamamilə elektron platforma vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Azərbaycanda güzəştli kreditləşmə mexanizminin tamamilə elektron platforma vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə işlər artıq başa çatmaq üzrədir. Bu addım, sahibkarların maliyyəyə, xüsusilə də güzəştli kreditlərə çıxışını asanlaşdırmağa yönəldilib. Biz daha çox sahibkar və kredit təşkilatları ilə əməkdaşlığa çalışırıq. Son illərdə atılan addımlar nəticəsində, mikromüəssisələrin və kiçik və orta sahibkarların Fond tərəfindən təqdim olunan güzəştli kreditlərdəki payı həm say, həm də məbləğ baxımından artıb", - Osman Xaliyev bildirib.

Xəbər lenti

Xəbər lenti