...

Qərb ölkələri Gürcüstanda qarışıqlıq yaratmaq niyyətindədirlər - "Gürcü arzusu"nun deputatı

Siyasət Materials 23 Oktyabr 2024 14:09 (UTC +04:00)
Qərb ölkələri Gürcüstanda qarışıqlıq yaratmaq niyyətindədirlər - "Gürcü arzusu"nun deputatı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bugünkü gedişata əsasən deyə bilərəm ki, “Gürcü arzusu” partiyası öz sözünü deyib böyük qələbə qazanacaq.

Bu barədə Trend-in suallarını cavablandırarkən “Gürcü arzusu” partiyasınından Qaracalı kəndinin deputatı Zurab Musayev deyib.

O qeyd edib ki, Qərb Gürcüstanda seçkilərə müdaxilə etrmək niyyətindədir.

“Avropa ölkələri seçki prosesinə müdaxilə etmək istəyir. Onlar istəyir ki, ölkə daxilində qarışıqlıq olsun, Gürcüstan və Rusiya arasında problemlər yaransın. Bunu isə boş vədlər verərək həyata keçirmək istəyirlər. Lakin bu alınmayacaq.

Gürcüstan Qərb ölkələrinə hər zaman deyir ki, biz necəyiksə, bizi belə qəbul edib, hörmət qoyun. Bizə hər hansı bir göstəriş verməyin. Kimlər bizə yuxarıdan baxırsa, onlara baş əymərik.

Seçki zamanı kiçik provakasiyalar ola bilər, amma bunların bir nəticə verəcəyini düşünmürəm", – deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti