...

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Tbilisidə aksiya keçirəcək

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 07:29 (UTC +04:00)

Bakı. Trend:

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 23-də Tbilisidə seçki öncəsi aksiya keçirəcək.

Trend xəbər verir ki, Tbilisinin mərkəzi Rustaveli prospektində açıq havada keçiriləcək tədbirdə yüz mindən çox insanın iştirakı gözlənilir.

Aksiyada partiyanın üzvləri və tərəfdaşı olan paytaxt sakinləri ilə yanaşı, regionlardan gələcək insanlar da iştirak edəcəklər.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tədbirlə əlaqədar olaraq Tbilisidə bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti