...

Oğuzun bu kəndinin sel və daşqın sularından mühafizəsi üçün daş beton bəndi qurulacaq

İqtisadiyyat Materials 22 Oktyabr 2024 13:00 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz rayonunun Fil-Filli kəndi sel və daşqın sularından mühafizə olunacaq.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi hazırlıq işlərinə başlayıb.

Belə ki, Qala çayda sağ sahildə Fil-Filli kəndinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə daş beton bəndinin qurulması işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasını “TNN” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla dəyəri 180.700,36 manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, Oğuzun Fil-Filli kəndi mənbəyini Böyük Qafqazdan götürən və dağıdıcı gücə malik Qala çayın sağ sahilində yerləşir. Daşqınlar zamanı Qala çayda suyun səviyyəsinin artması Oğuzun Filfilli kəndinə ciddi təhlükələrə səbəb olur. Xüsusən də Qala çayı yaz-yay aylarında güclü sel daşqınları ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti