...

Hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb - AYNA

Cəmiyyət Materials 22 Oktyabr 2024 13:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gündən paytaxtda davam edən güclü yağış səbəbindən nəqliyyatın hərəkətində çətinliklər var.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb.

"Hazırda marşrut xətləri mövcud şəraitə uyğun olaraq tənzimlənir və sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.Sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur.Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin. Yola çıxarkən hava şəraitini nəzərə alın və təhlükəsizlik qaydalarına riayət edin", - deyə qurumdan bildirilib.



Məqalədə:
Xəbər lenti

Xəbər lenti