...

Venesuelada keçmiş sənaye naziri və onun ən yaxın işçiləri həbs edilib

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 02:16 (UTC +04:00)

Bakı. Trend:

Venesuelada keçmiş sənaye naziri Pedro Telyeça həbs edilib.

Trend-in məlumatına görə, bu barədə Vanesuelanın "El Universal" qəzeti xəbər verib.

"Respublikanın Daxili İşlər Nazirliyi bu hərəkətləri ciddi şəkildə qanuna uyğun olaraq və ölkə prezidenti Nikolas Maduronun dəstəyi ilə həyata keçirib", - deyə bildirilib.

Nazirlikdən verilən məlumata görə, sabiq nazirin ən yaxın əməkdaşları də həbsdə olublar - onların hamısı "PDVSA" dövlət enerji şirkəti ilə bağlı dövlətin maraqlarına qarşı ağır cinayətlər törətməkdə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti