Laçın. Trend:
Laçın rayonu Mirik və Quşçu kəndlərində qar yağıb.
Trend xəbər verir ki, Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bugün Laçın rayonu Mirik və Quşçu kəndlərində də müşahidə olunub. Əsrarəngiz təbiəti ilə seçilən Laçın kəndləri sırasında yer alan Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb.
Saat 10 radələrində yağmaya başlayan qar qısa müddətli olsa da ətrafda ağ örpək yaradıb. Bu gün həmçinin Şuşa-Laçın yolunun yüksəklik hissələrinə də qar düşüb. Qar yağıntısı Şuşa rayonu Turşsu kəndi ərazisində də müşahidə edilib. Sözü gedən kəndlərdə yağan qarın fotolarını təqdim edirik.