...

Azərbaycandan xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərilib

İqtisadiyyat Materials 21 Oktyabr 2024 18:43 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərib. Bu da 2022-ci ilin müvafiq göstəricisindən (37) 89 vahid və ya 3,4 dəfə çoxdur.

Bu barədə Trend MMX-ya istinadən xəbər verir.

Bildirilib ki, məlumatın göndərildiyi ölkələrin sayı 2022-ci ilin müvafiq göstəricisindən (32) 32 vahid və ya 100 faiz daha çox olub. 2023-cü ildə göndərilən məlumatların 48,4 faizi Türkiyə, Rusiya, ABŞ, Ukrayna, BƏƏ, İsveçrə, Gürcüstan, Belarus, Litva, İtaliya, Birləşmiş Krallıq və Kiprin payına, 51,6 faizi isə 52 fərqli ölkənin payına düşüb.

Həmçinin, ötən il Xidmətə 25 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 57 məlumat daxil olub ki, bu da 2022-ci ilə nisbətən müvafiq olaraq 13,8 % və 6,6 % azdır.

Daxil olmuş məlumatların 24,6%-i Rusiyanın, 12,3%-i Türkmənistanın, 10,5%-i Latviyanın, 7%-i Almaniyanın, 5,3%-i Ukraynanın, 3,5%-i İtaliya, Çexiya və Maltanın, 1,8%-i isə müvafiq olaraq Hindistan, Estoniya, Lixtenşteyn, Türkiyə, Norveç, Niderland, Man adası, Seyşellər, BƏƏ, Bəhreyn, Polşa, İsrail, Belarus, Vanuatu, Kipr, Filippinlər və Macarıstanın payına düşüb.

Xəbər lenti

Xəbər lenti