...

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinə yeni rəhbər təyin edilib

Siyasət Materials 21 Oktyabr 2024 11:03 (UTC +04:00)
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinə yeni rəhbər təyin edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində yeni rəhbər təyin edilib.

Trend-in məlumatına görə, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə deputat Ramid Namazov rəhbərlik edəcək.

Nümayəndə heyətinin digər üzvləri isə deputatlar Könül Nurullayeva və Samir Vəliyevdir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinə Ziyafət Əsgərov rəhbərlik edib.

Əvvəlki nümayəndə heyətinin tərkibində isə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev yer alıb.

Xəbər lenti

Xəbər lenti