...

Crew Dragon-un kosmonavt Qrebenkinlə qayıdışı oktyabrın 22-də baş tutacaq

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 02:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyalı kosmonavt Aleksandr Qrebenkinin daxil olduğu Crew-8 missiyasının heyəti ilə birlikdə Crew Dragon kosmik gəmisinin Yerə qayıtması oktyabrın 22-də gözlənilir.

Trend-in NASA-ya istinadən verdiyi məlumata görə, SpaceX-in kosmik gəmisi ən tez oktyabrın 21-də Yerə qayıdış prosesinə başlayacaq.

NASA-nın rəsmi bəyanatında qeyd olunur ki, Crew-8 ekipajının geri qayıtması üçün Florida sahillərində hava şəraiti yaxşılaşmaqda davam edir. "Hava şəraitinə əsasən, SpaceX-in Dragon kosmik gəmisinin ən tez oktyabrın 22-də Yerə enişi baş tutacaq", - deyə məlumatda bildirilir. NASA-nın planlarına görə, gəminin Beynəlxalq Kosmik Stansiyadan ayrılması ABŞ-ın Şərqi Sahil vaxtı ilə oktyabrın 21-də saat 21:05-də (Bakı vaxtı ilə oktyabrın 22-də 05:05-də) baş verə bilər.

Qeyd edək ki, Roskosmos və NASA BKS proqramı çərçivəsində çarpaz uçuşlar həyata keçirirlər. Bəzi amerikalı astronavtlar "Soyuz" gəmisində, rus kosmonavtları isə American Crew Dragon kosmik gəmisində uçurlar. Roskosmos, tərəflərin çarpaz uçuşları 2025-ci ilə qədər davam etdirməyi planlaşdırdığını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti