Bakı. Trend:
Bu gün Moldovada prezident seçkiləri və ölkənin Avropaya inteqrasiyası məsələsi üzrə konstitusiya referendumu keçirilir.
Trend-in məlumatına görə, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Moldova ərazisində 1957 seçki məntəqəsi açılıb.
Seçkiləri ATƏT-in Missiyası (DTİHB), ENEMO Missiyası və bir sıra digər beynəlxalq təşkilatlar izləyir. MSK seçkiləri izləmək üçün 1500-ə yaxın yerli və beynəlxalq müşahidəçini akkreditasiya edib.