...

"Qalatasaray" 3, "Trabzonspor" 1 qolla qələbə qazanıb

İdman Materials 19 Oktyabr 2024 22:17 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Superliqasında 9-cu turun 4 oyunu baş tutub.

Trend İdman.biz-ə xəbər verir ki, "Qalatasaray" səfərdə inamlı qələbə qazanıb.

Çempion "Antalyaspor"un qapısından 3 cavabsız top keçirib. İki dəfə Mauro İkardi, bir dəfə isə Viktor Osimhen fərqlənib. Xalını 25-ə yüksəldən "Qalatasaray" liderliyini bir az da möhkəmləndirib.

"Trabzonspor" mövsümdə 2-ci dəfə meydanı 3 xalla tərk edib. "Başakşəhər"lə qarşılaşmada qələbə topu 90+1-ci dəqiqə vurulub.

Türkiyə Superliqası
IX tur
19 oktyabr

"Kayserispor" - "Qaziantep" - 2:2
​"Trabzonspor" - "Başakşəhər" - 1:0
"Eyüpspor" - "Göztəpə" - 1:0
"Antalyaspor" - "Qalatasaray" - 0:3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti