...

İsrail ordusu "Hizbullah"ın kəşfiyyat mərkəzinə zərbələr endirib

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 21:38 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Beyrut ətrafında "Hizbullah" hərəkatının kəşfiyyat komandanlıq mərkəzinə və silah anbarlarına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail Hərbi Hava Qüvvələri Beyrutda Hizbullah terrorçularının əsas qalası olan Dahiya bölgəsində Hizbullahın bir neçə silah anbarına və Hizbullah kəşfiyyatının komanda mərkəzinə zərbələr endirib", - deyə bildirilib.

Qeyd olunub ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb, o cümlədən ərazidə əhaliyə əvvəlcədən xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti