...

Xaçmazda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2024 17:04 (UTC +04:00)
Xaçmazda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümumilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bildirib ki, ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərib. 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Müstəqilliyin ilk illərində xalqımızın yenidən onu itirmək təhlükəsi ilə üzləşdib, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşub, ölkənin möhkəm əsaslar üzərində yeni inkişaf xətti müəyən edilib.

Digər çıxış edənlər də Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutması nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsindən söz açıblar.

Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti