...

Çin istehsalı olan robot qaçış rekordu vurub

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 17:49 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Robot Era” şirkəti ikiayaqlı robotun hazırlanmasında nəzərəçarpacaq nəticələr əldə edib.

Trend “New Atlas” nəşrinə istinadən xəbər verir ki, şirkətin istehsal etdiyi insanabənzər “Star1” robotu çətin ərazidə üstün qaçış qabiliyyəti nümayiş etdirib.

Qobi səhrasında sınaqlar zamanı xüsusi idman ayaqqabısı geyinən robot sürəti 34 dəqiqə davam etdirərək saniyədə 3,6 metrə çatdırıb. Qeyd edilib ki, qaçış ayaqqabıları “Star1”in ayaqqabısız sınaqlarla müqayisədə göstərdiyi nəticəni xeyli yaxşılaşdırıb.

Hündürlüyü 1,71 metr, çəkisi 65 kiloqram olan insanabənzər robot qabaqcıl texnologiya ilə təchiz edilib. Onun konstruksiyası 400 Nm fırlanma anına malik güclü mühərriklərdən və yüksək dəqiqlikli planetar sürət qutularından istifadə edir. Süni intellekt robotun müxtəlif hissələrinin hərəkətinə nəzarət edir.

“Star1” robotunun əsas xüsusiyyəti onun çətin ərazi üzərində hərəkət edərkən ağırlıq mərkəzini və “əzalarını” effektiv şəkildə idarə etmək qabiliyyətidir. Mühəndislər robotu sərt səthlərdə işləyərkən hissələri əlaqələndirən mükəmməl birləşmə sistemi ilə təchiz ediblər.

Xəbər lenti

Xəbər lenti