...

“Şamaxı” uduzub, “Neftçi”dən ilk qələbə - Misli Premyer Liqası

İdman Materials 19 Oktyabr 2024 20:21 (UTC +04:00)

Bakı. Trend:

Misli Premyer Liqasında X tur davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start verilib.

Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qonaq komandanın tək qollu qələbəsi ilə yekunlaşıb. Felipe Santos 72-ci dəqiqədə oyunun taleyini həll edən topun müəllifi olub.

Günə Bakı derbisi ilə yekun vurulub. “Neftçi”nin baş məşqçi postuna qayıdan Samir Abasovun ilk matçında yetirmələri “Səbail”lə üz-üzə gəliblər. "Ağ-qaralar" mövsümdə ilk qələbələrini qazanıblar. Meydan sahibləri 3:1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, tura oktyabrın 20-də yekun vurulacaq.

Misli Premyer Liqası
X tur
19 oktyabr (şənbə)

15:30. “Şamaxı” – “Araz-Naxçıvan” - 0:1
Qol:
Felipe Santos 72.

Xəbər lenti

Xəbər lenti