Bakı. Trend:
Oktyabrın 18-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
xxx
16:03
Oktyabrın 18-i saat 15:00-a olan faktiki hava açıqlanıb.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı, Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır.
Yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.