...

Seçkilərdə süni problemlər yaratmaq Gürcüstanın inkişafına mane törətməyə yönəlib - Gürcüstanlı jurnalist

Gündəm Materials 19 Oktyabr 2024 18:03 (UTC +04:00)
Seçkilərdə süni problemlər yaratmaq Gürcüstanın inkişafına mane törətməyə yönəlib - Gürcüstanlı jurnalist
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Seçkilərdə süni problemlər yaratmaq Gürcüstanın inkişafına mane törətməyə yönəlib.

Bunu Trend-ə açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Ramilə Əliyeva Xankəndidə olarkən deyib.

"Bildiyimiz ki, Gürcüstan parlament seçkilərinə hazırlaşır. Bu seçkilərdə bir çox yeniliklər var. Yeniliklərdən biri seçkilərin tam olaraq proporsional qaydada keçirilməsi, ikincisi isə, seçkilərin ölkə ərazisinin, demək olar ki, 98 faizində elektron şəkildə keçirilməsidir.

Son dövrlər Gürcüstana olan təzyiqlər artıb, bu danılmaz faktdır. Bunu hər gün görürük. Seçkiöncəsi vəziyyətdən danışsaq, düşünürəm ki, sakit seçkiöncəsi dövrdür. Seçkilərə hazırlıq baxımından da, seçkilərdə iştirak edən namizədlərin azad şəkildə öz fikirlərini ifadə etməsi baxımından da, seçkiöncəsi kampaniyanı aparmaq baxımından da yaxşı şərait var.

Bununla belə, təzyiqlər də çoxdur. Düşünürəm ki, təzyiq ölkənin müstəqilliyinə, onun azad qərar verməsinə təsir göstərməyə yönəlibsə, bu, düzgün deyil. Gürcüstan əhalisi 26 oktyabr tarixində öz seçimini edəcək və bu seçim Gürcüstan əhalisinin istəyindən irəli gələrək, olacaq.

Seçkilərdə süni problemlər, qarşıdurmalar yaratmaq Gürcüstanın inkişafına mane törətməyə yönəlib", - o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti