...

"Bakı metropoliteni"ndə tüstülənmə oldu - FHN cəlb edildi

Cəmiyyət Materials 19 Oktyabr 2024 10:32 (UTC +04:00)
"Bakı metropoliteni"ndə tüstülənmə oldu - FHN cəlb edildi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı metropoliteni"ndə tüstülənmə olub.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlama verib.

"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib və dərhal dispetçer mərkəzinə məlumat verib. "Bakı Metropoliteni"nin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumuna məlumat verilərək yanğınsöndürmə qrupu dəvət edilib.

"Nizami stansiyası" sərnişinlərin girişinə bağlanıb.

Tüstülənmənin mənbəyi dərhal müəyyən olunub. İşıqlanma kabelində tüstülənmənin qarşısı dərhal alınıb.

Bununla bağlı sərnişinlərin və hərəkət təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaşanmayıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa edilib", - o bildirib.

B.Məmmədovun sözlərinə görə, problem aradan qaldırıldıqdan sonra "Nizami" stansiyası sərnişinlərin girişinə açılıb.

Xəbər lenti

Xəbər lenti