...

“X” istifadəçi məlumatlarını satmağa hazırlaşır

Gündəm Materials 18 Oktyabr 2024 13:47 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“X” sosial şəbəkəsi (keçmiş Twitter) istifadəçilərini qəzəbləndirəcək bir qərar verib.

Trend-in məlumatına görə, süni intellekt modellərini daha əhatəli şəkildə istifadə etmək istəyən “X” hazırda tətbiqə inteqrasiya olunmuş süni intellekt modelini öyrətmək qərarına gəlib.

“X”in yeni məxfilik siyasətinə əsasən, istifadəçi məlumatları üçüncü tərəf "biznes tərəfdaşları" ilə paylaşılacaq. 15 noyabr 2024-cü ildə qüvvəyə minəcək bu yeni siyasət kənar şirkətlərin “X”dən məlumatların lisenziyası üçün ödəniş edə biləcəyi “Reddit”ə bənzər sövdələşmələrə yol açır. Yenilənmiş siyasətdə “üçüncü tərəf biznes tərəfdaşları” adlı yeni bölmə var.

"Parametrlərinizdən asılı olaraq və ya məlumatlarınızı paylaşmaq qərarına gəlsəniz, məlumatınızı üçüncü tərəflərlə paylaşa bilərik. Əgər paylaşmaqdan imtina etməsəniz, bəzi hallarda məlumatı alanlar ondan öz məqsədləri üçün istifadə edə bilərlər. “X”in Məxfilik Siyasətində göstərilənlərə əlavə olaraq öz müstəqil məqsədləri, məsələn, süni intellekt modellərini öyrətmək "bundan istifadə edə bilər", - məlumatda deyilir.

Qeyd edək ki, istifadəçilərin paylaşımı söndürmək imkanının olduğu bildirilsə də, bunun necə ediləcəyi bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti