...

Füzulidə əhalinin növbəti tibbi müayinələri təşkil edilib (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2024 14:25 (UTC +04:00)
Füzulidə əhalinin növbəti tibbi müayinələri təşkil edilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə səyyar müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaları davam etdirir. Bu tədbirlərin başlıca məqsədi müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsinə əlavə tövfə verməkdən ibarətdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir oktyabrın 18-də baş tutub. Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərində sakinlərin müayinələri aparılıb.

Aksiyanın məqsədi Füzuli rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, onlarda zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travmalar nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir. Bundan əlavə aksiya, posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədini daşıyır.

Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər.

Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti