...

Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min hektara yaxın ərazi ayrılıb

İqtisadiyyat Materials 19 Oktyabr 2024 11:04 (UTC +04:00)
Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min  hektara yaxın ərazi ayrılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Naxçıvan: Trend:

Naxçıvanda "yaşıl enerji"nin layihələndirilməsi üçün 8 000 hektara yaxın ərazi ayrılıb.

Bunu Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

"Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərində günəşli saatların illik miqdarı 2600-2800 saat/il, günəş radiasiyasının illik miqdarı 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 arasında dəyişir", - M.Abbaslı qeyd edib.

O bildirib ki, Muxtar Respublikada mövcud günəş elektrik stansiyalarında, illik hesablamalara əsasən, günəş radiasiyasının miqdarının 138–140 kkal/sm2/il arasında olduğu təsdiq edilib.

“Dövlət proqramına əsasən “yaşıl enerji” istehsalı üçün 7992 ha ərazi ayrılıb.

Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti