Bakı. Trend:
Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında yeniyetmələr arasında qarışıq komanda yarışlarının mükafatçıları bəlli olub.
Trend xəbər verir ki, 5 komandanın iştirak etdiyi mübarizənin nəticələrinə əsasən, İslandiya komandası 51.600 xal toplayaraq bütün rəqiblərini üstələyib.
İsveç yığması 51.400 xalla gümüş, Böyük Britaniya komandası isə 50.800 xalla bürünc medal qazanıb.