...

Antalyada beş ulduzlu hoteldə yanğın olub

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 12:24 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində beş ulduzlu hoteldə yanğın olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, binanın pəncərələrindən qalın qara tüstü çıxıb. Yanğınsöndürənlər binaya yaxınlaşmaq üçün hasarı sındırmağa məcbur olublar. Qonaqlar təcili təxliyə olunub. Bəzi qonaqlar eyvandan xilas edilib.

Qeyd edilib ki, xəsarət alanlar yoxdur. Turistlərə digər hotellərdə yerləşmə təklif olunub. Hadisə yerində bütün təcili xidmətlər orqanlarının əməkdaşları çalışır, yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti