...

Çarlz III Avstraliyaya səfərini başlayıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 03:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Konsorti Kamilla, oktyabrın 18-də altı günlük rəsmi səfər üçün Avstraliyaya gəliblər.

Trend-in Associated Press-ə istinadən verdiyi məlumata görə, kral cütlüyünü Sidney hava limanında Avstraliyanın baş naziri Entoni Albanese və Yeni Cənubi Uelsin baş naziri Kris Minns qarşılayıblar. Lakin digər altı ştatın baş nazirləri iş qrafikinin sıx olduğunu əsas gətirərək qarşılanmada iştirak etməyiblər.

Səfər münasibətilə Sidney Opera Evində Kral Çarlzın əvvəlki səfərlərindən olan fotoşəkillər nümayiş etdirilib.

Kralın bu səfəri fonunda Avstraliya Respublikaçılar Hərəkatı (ARM) monarxiyadan imtina üçün növbəti kampaniyasına start verib. Təşkilat ümid edir ki, Britaniya monarxının bu səfəri onun vida səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti