...

Türkiyə və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilib

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 17:27 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla və Ararat Mirzoyan arasında görüş keçirilib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş İstanbulda “3+3” regional platformasının 3-cü iclası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli əlaqələr, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Qeyd edək ki, Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti