...

Suares "İnter Mayami"də qalmaq istəyir

İdman Materials 19 Oktyabr 2024 04:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Luis Suares "İnter Mayami"də qalmaq istədiyini açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu klubla danışıqlara start verib.

Suares fiziki cəhətdən özünü yaxşı hiss etdiyini bildirib: "Hüquqşünasım klubla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. Mövsümü daha yaxşı şəkildə bitirmək istəyirəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm və klub tarixinin bir hissəsi olmaq arzum davam edir".

Qeyd edək ki, Suaresin "İnter Mayami" ilə müqaviləsi ilin sonunda bitəcək. Yanvar ayından komandaya qoşulan uruqvaylı hücumçu 33 oyunda 22 qol vurub, 10 ötürmə edib.

Xəbər lenti

Xəbər lenti