...

Gürcüstandan gələn azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri başa çatıb (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 18 Oktyabr 2024 16:58 (UTC +04:00)
Gürcüstandan gələn azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri başa çatıb (FOTO) (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri başa çatıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, qonaqlar Gürcüstana yola düşüblər.

Qeyd edək ki, sözü gedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altı günlük nəzərdə tutulub və ilk qrup öncə Şuşa şəhərində daha sonra isə Xankəndi və Ağdamda olublar.

xxx

16:06

Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Xankəndi və Ağdam olub.

Trend-in bölgə müxbiri xəbər verir ki, qonaqlar günün ikinci yarısında Ağdam rayonunda olublar.

Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilən məscid də 30 illik erməni işğalı ərəfəsində digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb və Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar.

Məhz Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə yeksan edilərək xarabalığa çevrilib. Məhz işğaldan azad edildikdən sonra Ağdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı ətraf bir neçə kənddə də tikinti işlərinin aparıldığı və yaxın zamanlarda əhalinin Ağdama qaydışının təmin olunacağı bildirilib.

Qeyd edək ki, sözü gedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altı günlük nəzərdə tutulub və ilk qrup öncə Şuşa şəhərində daha sonra isə Xankəndi və Ağdamda olublar.

xxx

13:59

Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn bir qrup azərbaycanlı səyyahın Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinə baş çəkiblər.

Trend xəbər verir ki, qonaqlar universitetdə yaradılan şəraitlə tanış olub, tələbələrlə həmsöhbət olublar.

Səyyahlar bundan sonra Ağdama yollanıb, burada Cümə məscidinə baş çəkiblər. Bununla da qrupun azad edilmiş ərazilərə səfəri başa çatacaq.

xxx

12:05

Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn bir qrup azərbaycanlı səyyahın Xankəndiyə səfəri başlayıb.

Trend xəbər verir ki, səfər çərçivəsində onlara şəhər barədə geniş məlumat veriləcək.

Qeyd edək ki, dünən Gürcüstandan olan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfərin iştirakçıları ilk olaraq Şuşa şəhərinə gəliblər. Qonaqlar şəhərin tarixi məkanlarını ziyarət ediblər. Onlara Şuşa haqqında geniş məlumat verilib.

Xəbər lenti

Xəbər lenti