...

Türkiyənin xarici işlər naziri Həmas rəhbərliyi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 02:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İstanbulda HƏMAS-ın məşvərət qurumunun sədri Məhəmməd İsmayıl Dərviş və hərəkatın Siyasi Büro üzvləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi görüş zamanı Yaxın Şərqdəki, xüsusilə Qəzza zolağının şimalındakı humanitar vəziyyətin müzakirə edildiyini bildirib. Hakan Fidan Türkiyənin Qəzzada baş verən humanitar fəlakətlə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyini vurğulayıb.

Görüşdə həmçinin girovların və əsirlərin mübadiləsi ilə bağlı atəşkəs danışıqları və fələstinlilər arasında barışıq prosesi də müzakirə edilib.

Fidan, HƏMAS rəhbərliyinin nümayəndələrinə, hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünə görə başsağlığı verib. İsrail ordusu oktyabrın 16-da Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvarın məhv edildiyini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti