...

Türkiyədə hoteldə yanğın: qonaqlar təxliyə edildi

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 20:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda hoteldə yanğın baş verib.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğın Kemerin Beldibi bölgəsindəki bir hoteldə baş verib. Orada istirahət edənlərin hamısı hoteldən çıxarılıb.

Yanğın siqnalından sonra əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti