Bakı. Trend:
Azərbaycanda bələdiyyələrin sayı azaldılır.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində əksini tapıb.
Layihəyə əsasən,1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.
Xatırladaq ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi,
ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli
qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi
ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000
nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan
bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və
digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası
Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və
(və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan
bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi
vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol
verilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.