...

İran Qafqazı sabit və firavan etmək üçün tərəfdaşlarla işləməyə hazırdır - XİN

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 17:51 (UTC +04:00)
İran Qafqazı sabit və firavan etmək üçün tərəfdaşlarla işləməyə hazırdır - XİN
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İran Qafqazı sabit və firavan etmək üçün tərəfdaşlarla işləməyə hazırdır

Trend xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda keçirilən “3+3” regional platformasının 3-cü iclasında iştirak edib.

Abbas Araqçi bildirib ki, İran Qafqazı regiondakı bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sabitlik, dostluq və rifah məkanına çevirmək üçün tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır.

İran Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yayımlanan açıqlamasında qeyd olunur ki, iqtisadi əməkdaşlığın, qarşılıqlı münasibətlərin və insanlar arasında əlaqələrin təşviqi regionda sülh və sabitliyin gücləndirilməsi üçün son dərəcə vacibdir.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Tehranda "3+3" formatında xarici işlər nazirlərinin görüşü baş tutub. Görüşdə Azərbayca, Rusiya, Türkiyə, Ermənistan və İran XİN rəhbərləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti