Bakı. Trend:
Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşir.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.